`Maidə` surəsinin təfsiri 26 Dekabr 2015 02:00 Bu surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay qabaq nazil olmuş və onun ayələrindən heç biri nəsx edilməmişdir (yəni hökmü dəyişdirilməmiş və qüvvədən salınmamışdır). Bu surənin 114-cü ayəsində qeyd olunduğu kimi, Həzrət İsanın (ə) öz dostlarına səmavi süfrə nazil olması barədə dua etdiyi üçün «Maidə» («Süfrə») adlandırılmışdır («Maidə» içinə yemək qoyulmuş tabağa deyilir). Bu surə 120 ayədən ibarətdir və onun əksər xitabı «ya əyyuhəlləzinə amənu» (“Ey iman gətirənlər”) olub bütün surələrdən daha çox təkrar olunmuşdur. Məsələn, bu xitab «Bəqərə» surəsində 11 dəfə gəldiyi halda, «Maidə» surəsində 16 dəfə gəlmişdir. Bu surə özündə ümmətdə vilayət və rəhbərlik, məsihilərin üçlük əqidəsinin rədd olunması, əhdə vəfalı qalmaq, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, yeyiləcək şeylərin hökmləri, dəstəmaz və təyəmmüm, eləcə də ictimai ədələt və sair məsələləri əhatə edir. Bu, nazil olan axırıncı surə olduğundan əvvəlində bütün əhd-peymanlara əməl edilməsinə tövsiyə edilir. kitabını yükləyin - `Maidə` surəsinin təfsiri Etiketler : #`Maidə`,#surəsinin,#təfsiri, Facebook Twitter Google+ WhatsApp Quran və Qiyamət Quranda dünyaşünaslığın əsasları