Mübarək Ramazan ayının 14-cü gününün duası - VİDEO

Mübarək Ramazan ayının 14-cü gününün duası - VİDEO

Ramazan ayı təqvimi və gündəlik duaları

Bakıda sübh azanı saat 03:59-də, axşam azanı isə saat 19:58-dədir.
 
اَللّـهُمَّ لا تُؤاخِذْني فيهِ بِالْعَثَراتِ، وَاَقِلْني فيهِ مِنَ الْخَطايا وَالْهَفَواتِ، وَلا تَجْعَلْني فيهِ غَرَضاً لِلْبَلايا وَالاْفاتِ، بِعِزَّتِكَ يا عِزَّ الْمُسْلِمينَ
 
Duanın oxunuşu: Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.
 
Duanın tərcüməsi: İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti! 
 
İFTAR DUASI
 
اَللّـهُمَّ  لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
14-cü gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 30 Zəlzələ)
 
 
 
 
 

Google+ WhatsApp ok.ru