Möcüzəvi effektə malik sarğılar yaradılıb

Möcüzəvi effektə malik sarğılar yaradılıb

Rusiyanın MİSiS universitetinin alimləri Mərkəzi Avropa Texnologiya İnstitutundakı həmkarları və digər universitetlərlə ilə birlikdə yanıqlar və kəsiklər zamanı istifadə edilə bilən biouyğun material yaradıblar.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə məqalə Materials and Design jurnalında işıq üzü görüb.
 
Yeni yaradılan material daha uzun və dəqiq təsiri ilə fərqlənir. Sarğının əsas üstünlüyü ondan ibarətdir ki, o dəyişiklik tələb etmir. Sarğını bir-birinin üzərinə bağlamaq olar.
 
Sarğı öz analoqlarından daha effektivdir. Antibiotiklər daxilə qəbul edilən zaman təkcə təhlükəli bakteriyaları öldürmür, eyni zamanda faydalı bakteriyaları da öldürür. Bir-birini əvəz edən sarğılar isə sağalmış yaranın bütövlüyün poza bilər.
 
Bundan başqa, dəyişilən sarğıların effektivliyi 2 saatdan sonra bitir. Ancaq yeni sarğılar 2 gündən çox təsir edir.
 
Mütəxəssislər sarğıdan təkcə dəri problemlərində deyil, eyni zamanda sümüklərin soyuqdəyməsi zamanı da istifadə edə biləcəyimizi qeyd edirlər.

Google+ WhatsApp ok.ru