Mehman Əliyev: Aparılan siyasət nəticə olaraq gətirib buna çıxarmalı idi.

Maide.az xəbər verir ki, ABŞ-ın Azərbaycana qarşı sanksiyaları barədə danışan "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-dan və Avropadan eyni vaxtda gələn təpkilərin gözlənilən olduğunu deyib: "Aparılan siyasət nəticə olaraq gətirib buna çıxarmalı idi. Əslində, vəziyyət kifayət qədər ağırdır, çətindir. Təəssüflər olsun ki, Qərb buna indi reaksiya verməyə başlayıb. Demokratik qüvvələrsə bu tipli addımların atılmasını çoxdan təklif edirdilər. Mən yenə deyirəm, təəssüflər olsun ki, hakimiyyət vəziyyəti düzəltməyi düşünmür, amma bu, olmalı idi".

Google+ WhatsApp ok.ru