'Microsoft' 'Windows 7' əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

'Microsoft' 'Windows 7' əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

Bu gündən "Windows 7" əməliyyat sistemi üçün texniki dəstək və yenilənmə dəyandırılıb.

 
Bu barədə "Microsoft" şirkətinin saytında xəbər verilib.
 
Xəbərdə deyilir: "10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik."
 
Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin Microsoft artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.
 
Qeyd edək ki, Windows 7  22 oktyabr 2009-cu ildə buraxılıb. /Faktxeber/

Google+ WhatsApp ok.ru