NƏBƏ SURƏSİ - TƏRCÜMƏ VƏ TƏFSİR

NƏBƏ SURƏSİ - TƏRCÜMƏ VƏ TƏFSİR

Allahın Rəsulu buyurub: “Sizin ən yaxşınız Quranı öyrənib, başqalarına öyrədəndir”. (Əl-Muhəccətul-bəyza, Molla Möhsin Feyz Kaşani, c.2, səh.210)

ذَلِكَ الْقُرْآنُ فَاسْتَنْطِقُوهُ وَ لَنْ يَنْطِقَ‏ وَ لَكِنْ أُخْبِرُكُمْ عَنْهُ‏ أَلَا إِنَّ فِيهِ عِلْمَ مَا يَأْتِي‏ وَ الْحَدِيثَ عَنِ الْمَاضِي وَ دَوَاءَ دَائِكُمْ‏ وَ نَظْمَ مَا بَيْنَكُم‏. (نهج البلاغة – خطبه 158)

Birinci imamımız Həzrət Əli (ə) buyurub: “Qurandan istəyin ki, dil açıb sizinlə danışsın və o heç zaman danışmayacaq. Ancaq mən onun həqiqətlərindən sizə xəbər verirəm: Bilin ki, Quranda gələcək haqqında məlumat, keçmiş barədə sözlər var. O dərdlərinizin dərmanı və həyatınızı nəzmə salacaq bir kitabdır". (Nəhc-ül-Bəlağə, xütbə 158)

Təəssüflər olsun ki, qeyri ərəb müsəlmanların əksəriyyəti Qurani Kərimi hətta üzündən belə oxuya bilmirlər. Oxuya bilənlərin çoxu isə düz oxuya bilmirlər. Quranı düzgün oxuyanların böyük qismi onun mənasını anlamaqdan məhrumdurlar. 
Etiqadımızın əsas mənbəyi, səadət yolunun yeganə göstəricisi Qurani Kərimin cildi və xəttinə verildiyi əhəmiyyət qədər, ümum müsəlmanlar arasında bu müqəddəs kitab məna etibarı ilə diqqətdən kənarda qalmışdır.

Google+ WhatsApp