İndi “Skype” xidmətindən qeydiyyatsız istifadə mümkündür 17 Noyabr 2016 02:00 Maraq dünyası İndi bir çox onlayn xidmətlər və veb saytlar qeydiyyatsız istifadəçilərin öz imkan və funksiyalarından istifadəsinə icazə vermirlər. Ancaq son zamanlar bəzi nəhəng şirkətlər bu qaydadan imtina edirlər. Məsələn, “Facebook” şirkəti öz müştərilərinə “Messenger”dən qeydiyyatsız istifadə imkanı yaradıb. İndi “Microsoft” şirkətinə məxsus “Skype” xidmətində də belə addım atılıb. “4pda.ru” saytına istinadən xəbər verilir ki, indi “Skype” xidmətində ünsiyyət saxlamaq üçün istifadəçilərin veb versiyanı açaraq qonaq kimi daxil olması kifayətdir. Bundan sonra mətn mesajları ilə mübadilə etmək, səsli və videozənglər etmək mümkün olacaq. Ancaq istifadəçi “Skype” xidmətinə öz hesabı ilə daxil olmadıqda mesajların tarixçəsi bir gün saxlanılır. (ictnews) / Teqlər : #İndi Skype xidmətindən qeydiyyatsız istifadə mümkündür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “App Store”dan rekord sayda əlavə silindi Dünyada ilk iki rejimli telefon təqdim edilib