`Nokia` yeni 3310 modelini təqdim etdi 31 Yanvar 2018 02:00 Maraq dünyası -- Nokia 3310 – un 4G VoLTE şəbəkəsini dəstəklədiyi bildirilir Finlandiyanın HMD Global şirkəti Nokia 3310 telefonunun yeni versiyasını təqdim edib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, təqdimat Çində keçirilib. 2017-ci ildə buraxılmış model ilə müqaisədə telefon daha böyük ölçülü korpus ilə təchiz edilib. Bundan əlavə, aparat Wi-Fi modem kimi də istifadə oluna bilər. Nokia 3310 – un 4G VoLTE şəbəkəsini dəstəklədiyi bildirilir. İlk olaraq telefon yalnız Çində satışa çıxarılacaq. Onun qiyməti barədə hələlik məlumat verilmir. Nokia 3310 ilk dəfə 2000-ci ilin sonunda buraxılıb. O vaxtdan dünya üzrə 126 milyon qurğu satılıb. Teqlər : #`Nokia` yeni 3310 modelini təqdim etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Whatsapp”da YENİLİK Yaxın dostların beyinləri bir dalğaya köklənmiş olur