Qatlanan Bluetooth-klaviatura təqdim olundu 17 Avqust 2016 01:00 Maraq dünyası İstənilən peşəyə və sosial statusa malik insan daha yüngül, kompakt və rahat cihazlara sahib olmaq istəyir. Çinin “Old Shark” şirkəti olduqca rahat portativ “BK066” adlı klaviatura istehsal edib. Bu klaviatura cihaza “Bluetooth 2.0” vasitəsilə qoşulur. Onun əsas özəlliyi qatlanan konstruksiyaya malik olmasıdır. Qatlanmış halda klaviatura orta həcmli smartfon ölçülərində olur. Nəticədə o çox asanlıqla cibə yerləşə bilir. Onun ölçüləri 145 x 90 x 15 mm, çəkisi isə 185 qram təşkil edir. “Old Shark BK066” olduqca dəbli görünür. Cihaz “Android”, iOS və “Windows” əməliyyat sistemi bazasında çalışan cihazlarla uyğunlaşır. (lent.az) / Teqlər : #Qatlanan Bluetoothklaviatura təqdim olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Wi-fi kodu sındırılan şəxslər üçün ... - MÜTLƏQ OXUYUN ! İnternet yaddaşa pis təsir edə bilər