Rus hakerlərdən müdhiş gəlir - GÜNDƏ 5 MİLYON $

Rus hakerlərdən müdhiş gəlir - GÜNDƏ 5 MİLYON $

ABŞ-ın “White Ops” şirkəti xüsusi araşdırma apararaq müəyyən edib ki, rusiyalı kiber fırıldaqçılar gün ərzində 250 min saxta sayt vasitəsilə 5 milyon dollar reklam gəliri əldə etməyə imkan verən xüsusi mexanizm yaradıblar.
 
İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi xəbərə görə, “Methbot” adlı mexanizm bu ilin sentyabrında yaradılıb və hazırda istifadə olunur. Bundan başqa, hakerlər real istifadəçi fəaliyyətini imitasiya edən 570 mindən çox bot-proqramın operatorudur.
 
“White Ops” təşkilatının yaradıcısı Maykl Tiffani reklamvericiləri bu fırıldaqçı sistem barədə məlumatlandırdığını söyləyib. O deyib ki, hakerlər hər hansı videoya 1000 baxış zamanı 13 dollar gəlir əldə edir. Bu, onlara gün ərzində 3 milyon dollardan 5 milyon dollara qədər pul qazanmağa imkan verir.
 
Ekspertlər bu haker qrupu ilə ABŞ serverlərinə hücum edən siyasi motivasiyalı hakerlər arasında əlaqəyə dair sübut olmadığını bildirirlər.
 

Google+ WhatsApp ok.ru