Rusiyada 3D printerdə pilotsuz uçan aparat hazırlanıb

Rusiyada 3D printerdə pilotsuz uçan aparat hazırlanıb

 Birləşmiş Cihazqayırma Korporasiyası beynəlxalq "İnnoprom-2016" sərgisində Rusiyada ilk 3D printerdə hazırlanan  pilotsuz uçan aparatı təqdim edib.
 
 Yerli istehsalı olan aparat  mühərriklə təchiz olunub və qarşıya qoyulan kəşfiyyat, hərbi və s. kimi vəzifələri yerinə yetirməyə qadirdir.
 
 Pilotsuz uçan aparat 50 kilometr radiusunda qarşıya qoyulan müxtəlif tapşırıqları icra edə bilir.  

Google+ WhatsApp ok.ru