Sinqapurda dünyanın ilk halal lüğəti nəşr olunub 14 Avqust 2015 01:00 Maraq dünyası Dünya ölkələrində halal turizmdən istifadə geniş yayılıb. Müsəlman və qeyri-müsəlman ölkələrdə halal turizm sahəsində çalışan şirkətlər, hotellər, restoranlar və hava limanlarında istifadə məqsədi ilə Sinqapurda dünyanın ilk halal lüğəti nəşr olunub. Maide.az xəbər verir ki, izahlı lüğət halal bazarda istifadə olunan 150 sözü özündə cəmləşdirib. Gələcəkdə bu lüğət inkişaf etdiriləcək. Lüğət elektron kitab formasında internetə də yerləşdirilib və onun yüklənməsi pulsuzdur. Lüğətin ilk nüsxəsi ingilis dilində hazırlanıb və yaxın gələcəkdə digər dillərə də nəşr olunacaq. Qeyd edək ki, dünyanın 47 ölkəsində aparılmış araşdırmalar göstərir ki, halal turizm sahəsində inkişaf var və proqnozlaşdırılır ki, 2020-ci ilədək bu bazarın dəyəri 192 milyard dollardan çox olacaq./ Teqlər : #Sinqapurda dünyanın ilk halal lüğəti nəşr olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnternet gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur İngiltərədə körpələrə ən çox qoyulan ad Məhəmməd adıdır