Smartfona siqnal göndərə bilən kontakt linzalar

Smartfona siqnal göndərə bilən kontakt linzalar

Son zamanlar smartfonların gündəlik həyatın bir çox elementləri ilə əlaqələndirilməsi aktualdır: artıq bir çox aktları bu sehrli cihaz vasitəsilə idarə etmək mümkündür. Bu səfər mütəxəssislər kontakt linzaların smartfonlara siqnal göndərməsi üçün yeni mexanizmin hazırlanmasına nail olublar.

“Live Science” saytına istinadla verilən xəbərə görə, Kompüter Elmləri və Mühəndislik üzrə Vaşinqton Universitetinin mühəndisləri kontakt linzalar və beyin implantları vasitəsilə insanla smartfon arasında əlaqə yaradılmasının innovativ üsulunu aşkar ediblər. Bluetooth siqnallarını Wi-Fi siqnallarına çevirən bu mexanizm vasitəsilə mobil qurğu ilə kontakt linza arasında informasiya mübadiləsi baş tutur. Mütəxəssislər nazik antena ilə təchiz olunmuş linza hazırlayaraq bu yeni üsulu sınaqdan keçiriblər. Bluetooth siqnallarını manipulyasiya etmək qabiliyyətinə malik antena linzadakı məlumatları toplayaraq Wi-Fi siqnalları vasitəsilə qarşıdakı qurğuya ötürür.

Tədqiqatçılar bu yeni mexanizmin tibb, xüsusilə diaqnostika sahəsi üçün faydalı olacağını bildirirlər. Vurğulanır ki, pasiyentin göz yaşları vasitəsilə qandakı şəkərin miqdarının ölçülməsinin belə mümkün olduğu bu yeni üsulun daha da təkmilləşdirilməsi gözlənilir. (azərtac) /

Google+ WhatsApp ok.ru