Smartfonlar bizə və davranışlarımıza necə təsir edir!

Gündən-günə biz smartfonlara qapılan insanlarla rastlaşırıq: küçələrdə, parklarda, metroda. Onlar qırmızı işıqda yolu keçirlər, yoldan keçənlərə dəyirlər və təhlükəsizlik barədə heç düşünmürlər. Yəni smartfonlar o qədər bizi özünə cəlb edib ki, biz öz ətrafımızda olan dünyanı hiss etmirik? Şübhəsiz ki, cihazlar həyatımızı asanlaşdırıb: internet bankçılıq, real zamanda bütün düynadan xəbərlər, dost və qohumlarla anında ünsiyyət və s. Bütün bunlar kompüter və internetin sayəsində mümkündür. Ancaq bir reallıq da özünü göstərir ki, biz öz cihazlarımızdan asılı vəziyyətə düşmüşük. Bu məqalədə biz smartfonların bizə necə təsir etdiyi və öz münasibətlərimizə baxış çərçivəmizi necə dəyişməli olduğumuz barədə bəhs edəcəyik. 
 
Biz canlı ünsiyyəti unuduruq
 
Çox vaxt kafedə və restoranlarda bir görüntü ilə raslaşırıq: orada olan qonaqların dörddə biri öz smartfonları ilə məşğul olur. Ziyarətçilər proqram və sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayır. Həqiqətən biz şəxsi ünsiyyəti unutmuşuq? Üz-üzə? Qadjetlərsiz real ünsiyyət sosial əlaqələr üçün vacibdir.
 
Smartfonlar yuxumuza təsir edir
 
Müasir qadjetlər nələri bacarmır! The Guardian qəzetinin məlumatına görə çoxşaxəlilik müxtəlif vəziyyətlərdə insan qavramasına təsir edir. Beyin davamlı müddət ərzində eyni zamanda bir neçə əmri yerinə yetirə bilmir. Smartfonlar yükü öz üzərinə götürdükcə bizim də fikir cəmləşdirməyimiz və gündəlik məhsuldarlıq normamızı yerinə yetirməyimiz çətinləşir.
 
Smartfonlar yollardakı hadisələrin əsas səbəbkarlarından biridir
 
Bütün sürücülərə müraciət edib onların daha diqqətli olmasına çağırırıq. Hərəkət vaxtı bir və ya bir neçə saniyə yayınma katastrofik nəticələrə gətirib çıxara bilər. Cərimələr problemi hələ də həll etmir və bir çox sürücülər sükan arxasında mesaj göndərməkdən və ya zəng etməkdən çəkinmirlər. Görünür onların bu hərəkətləri öz həyatlarından daha vacibdir.
 
Adi insan bacarıqları itir
 
İnsanların əksəriyyəti xəritəyə baxmaq, beyində hesablamaq və ya ensiklopediyada hər hansı bir informasiyanı axtarmağı unudublar. Həqiqətən marşruta Google Maps vasitəsilə baxırıq, smartfonda kalkulyator var, Google isə istənilən məsələnin cavabını tapır. Bütün bunlar yaxşıdır, ancaq biz bununla cihazlardan asılı vəziyyətə düşmürükmü? Qurğu birdən xarab olsa və ya batareya bitsə nə olacaq? 
 
Smartfonlar bizi idarə edir, biz onları yox
 
Telefonsuz insanlar özlərini tərk edilmiş və itirilmiş kimi hiss edirlər. GeekWire saytında bu vəziyyətə xüsusi izah veriblər: istənilən qadjet olmayarkən biz özümüzü natamam hiss edirik, bu smartfonun abstinent sindromudur. Hadisələrin belə inkişafına yol verməmək üçün, biz əlaqənin başqa üsullarını tapmalıyıq, daha diqqətli və toplanmış olmalıyıq, həmçinin informasiyanın cihazsız əldə edilməsinin müxtəlif metodlarını axtarmalıyıq. Smartfonlar həyatımızı idarə etməməlidirlər.
 
 
Ola bilsin gözəl bir gün gələr və smartfonların istifadəsi haqqında olan təsəvvürümüz dəyişər. Biz texnologiya, yeni cihazlar və innovasiyaları sevirik, lakin hər şey öz çərçivəsində olmalıdır. Biz unutmuşuq ki, telefonla mesaj yazmaqdan başqa zəng də etmək olur. Verbal ünsiyyət müasir mobil qurğuların imkanları fonunda itir.

Google+ WhatsApp ok.ru