Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub - VİDEO

Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub - VİDEO

İxtiraçı Yakob Bey “Kickstarter” platformasında smartfonu 5 dəqiqə müddətində enerji ilə doldurmaq qabiliyyətinə malik “Zeus Hybrid” adlı xarici akkumulyator təqdim edib.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, “Zeus Hybrid” akkumulyatorunun tutumu 6000 milliamper/saat təşkil edir.
 
Əvvəllər yalnız sənaye məqsədləri naminə istifadə edilən karbondan hazırlanmış superkondensatorlardan istifadə nəticəsində sürətli enerjidoldurma mümkün olub.
 
Adi litium-ion akkumulyatorları ilə müqayisədə superkondensatorlar bir sıra üstünlüklərə malikdir.
 
Məsələn, “Zeus Hybrid” akkumulyatorunun köməyi ilə smartfonu 20 il ərzində enerji ilə doldurmaq mümkün olacaq, çünki o, adi akkumulyatorlarla müqayisədə 100 dəfə çox enerjidoldurma dövrünə malikdir. /
 

Google+ WhatsApp ok.ru