`Super İnsan` istehsal edəcəklər

Alimlər, genin dəyişdirilməsilə super istedadlı və super gözəl insanın ortaya çıxacağı bir layihə üzərində çalışır.
 
Dünyanın ən böyük beynəlxalq bioloji araşdırması olan İnsan Geni Layihəsi tarixi inkişaf ərəfəsindədir.
 
"Marja" xəbər verir ki, müxtəlif ölkələrdən 150 alimin mayın əvvəlində Harvard Universitetində həyata keçirdiyi "Sintetik insan geni" haqqındakı gizli toplantısı barədə ilk məlumatlar "Science" jurnalında dərc olunub.
 
Elm dünyası, DNT-ni meydana gətirən dörd maddəni (adenin, sitozin, quanin, və timin) təmsil edən A, C, G və T hərflərinin dəyişdirilərək sintetik bir gen yaradılmasını müzakirə edir. Təklif olunan layihəyə əsasən, laboratoriya şəraitində yaradılacaq 3 milyard hərf də DNT-yə əlavə edilə bilər.
 
Ekspertlərə görə, bu kəşf ilə xərçəngə dözümlü hüceyrələr istehsal edilə və ya nəql ediləcək orqanlar yaradıla bilər. Hətta insana super zəkalı, super bacarıqlı, ya da super gözəl xüsusiyyəti verəcək DNT kodlarının rüşeymə yerləşdirilməsi ilə "Super insan" yaratmaq olar.
 
ODLA OYNAMAQ
 
Ancaq bu yeniliklər ilə bərabər müxtəlif problemlərin yaranması riski də var. Xərçəngə çarə olsa da, gen dəyişikliyi ilə birlikdə daha əvvəl adı heç eşidilməmiş xəstəliklər də ortaya çıxa bilər. "Super insan" yaratmaq qorxusu insanlar arası ayrı-seçkiliyi artıra bilər. Maddi olaraq hər kəs tərəfindən ödənməyəcək bu texnologiya ilə cəmiyyətin bir təbəqəsi sağlam və güclü uşaq sahibi olarkən, digər qisim bundan məhrum olacaqdır.
 
"Sintetik insan" fikrinə qarşı çıxanların sayı da olduqca çoxdur. Dindarlar sıfırdan insan yaradılması fikrinə qətiyyən qarşı olduqlarını bildirirlər. Bəzi dairələr də bu sahədə aparılan işlərin, daha əvvəl nüvə texnologiyada olduğu kimi qarşısı alınmayacaq nəticələr doğura, bioloji müharibələri başlada biləcəyini qeyd edirlər.
 
ƏN AZI 15 İLƏ EHTİYAC VAR
 
Layihənin sponsorlarından "Imperial Collage"in professoru Tom Ellis, Harvard Universitetindəki toplantılarda hüquqi və etik şərtlərin müzakirə edildiyini söyləyərək "Kimin geni istifadə ediləcək? "Layihədə kimin işləməsinə icazə verilecek?","Nəzarətlər necə təmin ediləcək?" kimi suallara cavab axtardıqlarını bildirib.
 
Ellisə görə, layihənin mövcud texnologiya ilə qısa müddətdə başa çatdırılması mümkün deyil. Layihəyə 15 il kimi bir müddət verən Ellis, layihənin uğurlu olması vəziyyətində tətbiqi üçün daha 20 ilə daha ehtiyacları olduğunu ifadə edib.
 
100 milyon dollar büdcə ayrılan layihənin maliyyələşdirilməsi üçün özəl, dövlət sektorlarından və xeyriyyə təşkilatlarından vəsait tələb olunacaq.
 
ABŞ-lı məşhur bioloq Kreyq Venter (Craig Venter) və qrupu bu ilin əvvəlində 500 min DNT hərfinə malik sintetik bir bakteriya istehsal etdiklərini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru