Taleh Bağırov aclıq aksiyasına başladı

Taleh Bağırov aclıq aksiyasına başladı

Həbsdə olan ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan daha 16 nəfər dekabrın 19-dan aclıq aksiyasına başlayır.
 
Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.
 
Müdafiəçi deyir ki, «Nardaran dustaqları» onların işi üzrə keçirilən məhkəmə iclaslarında iştiraklarına imkan verilməməsinə etiraz olaraq bu addımı atıblar.
 
«Taleh Bağırov dedi ki, onların prosesdə iştirakına imkan verilməsə də, hər dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirirlər, orada zirzəmidə saxlayırlar. Ora da çox soyuqdur. Təqsirləndirilən şəxslərin bir neçəsi xəstələnib», – vəkil bildirib.
 
Y.İmanov deyir ki, Taleh Bağırov həm də imtina etdikləri vəkillərin onların məhkəməsində iştiraka məcbur edilməsinə etiraz edir.
 

Google+ WhatsApp ok.ru