Telefonlar SİM kart olmadan işləyəcək

SİM kartlar elektron SİM kartlarla (e-SİM) əvəz olunur.
Maide.az xəbər verir ki, dünyanın iki nəhəng texnologiya şirkəti olan “Samsung” və “Apple” yeni nəsil məhsullarında e-SİM tətbiq etmək üçün razılaşıblar.
Bunun üçün hər iki şirkət ən məşhur GSM operatorları ilə görüşərək e-SİM sisteminin hazırlanması üçün çalışmalar həyata keçirmək haqqında müzakirələr aparıblar.
Məlumaat görə, e-SİM sayəsində yeni istehsal ediləcək məhsullarda SİM kart yeri olmayacaq. SİM kartı əvəzləyəcək e-SİM isə proqramlaşdırma vasitəsilə operatorlardan məlumat bazasını əldə edəcək. /

Google+ WhatsApp ok.ru