TikTok istifadəçilərin biometrik məlumatlarını toplayır 07 İyun 2021 10:49 Maraq dünyası Çinin TikTok sosial şəbəkəsi yeni bir qərar verərək istifadəçilərinin biometrik məlumatlarını toplamağa başlayıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, TikTok diqqəti özünə çəkəcək bir addım atıb. Gizlilik siyasətini yeniləyən şirkət istifadəçilərin biometrik məlumatlarını toplamağa başlayıb. Buna görə, həmin məlumatlar tətbiq tərəfindən saxlanacaq və istifadəçiləri tanımaq üçün istifadə olunacaq. Saxlanılan məlumatlar arasında istifadəçilərin üz və səs izləri də olacaq. TikTok-un bir milyarddan çox istifadəçisi var. Sosial şəbəkə tətbiqi təhlükəsizlik məsələsində və Çin hökumətinə istifadəçilərin məlumatlarını verməkdə ittiham edilir. Bu arada digər sosial şəbəkə olan Facebook-a qarşı ikiqat araşdırma başladılıb. Avropa Birliyi və Böyük Britaniya facebook-a qarşı rəqabət məsələsilə bağlı araşdırma başladıb. Avropa Komissiyası 3 milyard istifadəçisi olan facebook-un reklam xidmətinin rəqabəti pozub-pozmadığını araşdıracaq. Sosial media nəhənginin reklam bazarında üstünlük təmin etdiyi və əlindəki istifadəçi məlumatları sayəsində haqsız rəqabətə yol açdığı iddia edilir. Araşdırmalar nəticəsində facebook-un milyardlarla dollar cərimə edilə biləcəyi deyilir. Avropa Birliyi daha əvvəl Google, Apple və Amazon-a qarşı rəqabət araşdırmaları aparmışdı. Qeyd edək ki, biometrik məlumatlar - identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlardır. Teqlər : #tik tok ,#sosial şəbəkə,#internet ,#facebok, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Adobe Flash Player’ proqramının fəaliyyəti dayandırılıb Votsapda yeni funksiya yaradılacaq