Türkmənistan prezidenti Azərbaycana gəlir 05 Avqust 2017 01:00 Siyasət Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək. APA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, səfər iki gün davam edəcək. Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub. 2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir. / Teqlər : #Türkmənistan prezidenti Azərbaycana gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya ABŞ-ı təhlükə mənbəyi adlandırıb Tramp `Twitter`də kəşfiyyat məlumatı paylaşıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video