`TV-dəki hazırkı durum sovet zamınından da əcaib forma alıb`

Maide.az xəbər verir ki, fəaliyyəti dayandırılmış «Ayna»-«Zerkalo» nəşrinin baş redaktoru Elçin Şıxlıy "Azadlıq" qəzetinə maraqlı müsahibə verib. Elçin Şıxlı deyir ki, telekanallarda rəsmi olmasa da, qeyri-rəsmi senzor işləyir:
 
«Onlar bütün məsələlərə baxırlar, hansı məqama toxunmağı, hansına isə toxunmamağı o müəyyən edir. Konkret çərçivələr var. Həmin çərçivələrə görə filankəsi göstərmək olar, amma filankəsi göstərmək olmaz. Televiziyadakı hazırkı durum sovet zamınından da əcaib forma alıb. Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. Məsələ o qədər əcaibləşib ki, Prezident Administrasiyasından dövlət siyasətini həyata keçirən Milli Teleradio Şurasına göstəriş veriblər ki, bu biabırçılığı yığışdırın. Nuşirəvan Məhərrəmli ziyalılardan çox danışır. Cəmiyyətdə ziyalı qoyublar ki? Kim müstəqil fikir söyləyir, ya onu həbs edirlər, ya da ölkədən didərgin salırlar. Belə vəziyyətdə ziyalı ola bilər?».

Google+ WhatsApp ok.ru