Twitter İŞİD-ə müharibə elan edib

Twitter İŞİD-ə müharibə elan edib

Twitter sosial şəbəkəsi son il ərzində İŞİD terror təşkilatına bağlı və ya onların əqidəsini təbliq edən 400 minə yaxın akkauntu bağlayıb.
 
FaktXəbər-in məlumatına görə, bu barədə yerli KİV-lər ABŞ-ın Dövlət Departamentinə istinadən yazıb.
 
Məlumatda bildirilir ki, bundan sonra da sosial şəbəkə terrorçuları təbliq edən bütün akkauntları düşünmədən bağlayacaq.
 
Qeyd edək ki, son məlumatlara əsasən İŞİD İraqda 46%, Suriyada isə 27% işğal etdiyi ərazini itirib.
 

Google+ WhatsApp ok.ru