'Twitter'in işində problemlər yaranıb 28 Sentyabr 2019 07:37 Maraq dünyası Dünyanın bir sıra ölkələrində "Twitter" mikrobloq xidmətinin işində fasilələr yaranıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə "Downdetector" portalı yazıb. Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar ən çox ABŞ, Yaponiya və Böyük Britaniyada müşahidə olunub. Çox sayda şikayət, xüsusilə BMT Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkdan gəlib. İstifadəçilərin əksəriyyəti sosial şəbəkə saytına daxil ola bilmir (53%). 24% iPhone və ya iPad üçün tətbiqində, digər 22% Android üçün tətbiqində problemlərlə qarşılaşıb. Teqlər : #'Twitter'in,#işində,#problemlər,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Facebook` yeni funksiyanı sınaqdan keçirir Bəzi smartfonlarda WhatsApp işləməyəcək