Vəhhabi suallarına cavablarımız

Vəhhabi suallarına cavablarımız

Allah-taala buyurmuşdur:
“Həqiqətən Allah bütün pislikləri siz əhli-beytdən uzaq etmək, sizi pak qərar vermək istəyir.” 
Allahın Rəsulu (s) buyurur: “Ey insanlar, mən sizin üçün iki qiymətli əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim (ailəm). Bu iki şeydən tutun ki, heç vaxt azmayasınız. Lətif və xəbərdar Allah mənə xəbər verərək əhd etdi ki, bu iki şey kövsərdə mənə çatanadək bir-birindən ayrılmaz.” 
Həzrət (s) başqa bir hədisdə belə buyurur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona arxa çevirən həlak olar.” 
Bizim şiələr Həcc səfərində olarkən sünni qardaşların bə’zi əməlləri onlarda sual doğurur. Onlar sünnə əhli ilə şiələr arasındakı əqidə və əməl fərqlərinin kökünü bilmək üçün möhtərəm ruhanilərə suallar verirlər. 
2003-ci ildə fərdi ümrə mövsümü Mədinədə olarkən Ayətullah-üzma Fazil Lənkəraninin hey’ətində şər’i suallara cavab vermək üçün tapşırıq aldım. Bir qrup ruhani diqqəti cəlb edən ixtilaflı məsələləri araşdırıb, onları qısa izahlarla zəvvarlara çatdırmağımı istədilər. Mən bu kitabla həmin istəyi imkan qədərində yerinə yetirdim. 
Xatırladım ki, bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən “Səhihe-Buxari”, “Səhihe-Müslim kitablarından, “Məscidün-nəbi” kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər. 
On il olar ki, Ayətullah İştiharidi adı çəkilən hey’ətlə Həccə gəlir və ətrafdakılar onun əxlaq və elmindən faydalanırlar. Bu kitabın bir nüsxəsini ona təqdim etdim. Kitabı oxuyub, bə’zi qeydlərini bildirdi. Onun qeydləri kitabın sonunda olduğu kimi dərc edilib. Kitabda Ayətullah Qulamriza Sələvatinin məsləhətləri də imkan daxilində nəzərə alınıb. 
Hər iki alimə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edir, onlara Allahdan uzun və bərəkətli ömür, daha artıq yardım arzulayıram. 
 

Google+ WhatsApp