WhatsApp-da dostlarınızı daha rahat izləyəcəksiniz

Günümüzün ən məşhur tətbiqi və mesajlaşma servisi olan WhatsApp-a alavə edilən "Son görülmə" və "Mavi işarə" kimi funksiyalar yaxın dostlar, ailə və sevgililər arasında bəzi problemlər yarada bilir.Məlumat verdiyimiz kimi, Whatsdog adlı proqram ilə seçdiyiniz bir insanın onlayn vəziyyətini izləmək mümkün idi. Lakin hazırda bu proqramı istifadə etmək mümkün deyil. Mobil tətbiqin WhatAlert adlanan yeni versiyası təqdim olunub. WhatAlert proqramı 24 saat, 1 həftə və 1 ay müddətində nə qədər onlayn qaldığınızı, neçə dəfə bu tətbiqə daxil olduğunuz və çıxdığınızı göstərir. Həmçinin şəxsi dedektiv kimi onlayn olduqdan neçə müddət sonra oflayn olduğunuzu da göstərir. Bu linkə daxil olaraq yalnız Android cihazlar üçün olan WhatAlert tətbiqini yükləyib istifadə edə bilərsiniz.(xeberler)

Google+ WhatsApp ok.ru