`WhatsApp` istifadəçiləri üçün sevindirici xəbər 07 Yanvar 2017 02:00 Maraq dünyası "WhatsApp" öz istifadəçilərini sevindirməyə hazırlaşır. Xarici KİV-lərin məlumatına görə, yaxınlarda mobil proqramın yeni xidməti təqdim ediləcək. Bu yenilik ismarışların səhvən başqasına göndərilməsi problemi ilə bağlıdır. Yəni, bundan sonra proqrama gələn əlavənin yenilənməsi ilə siz səhvən göndərdiyiniz ismarışları düzəldərək təkrar göndərə biləcəksiniz. Ancaq bu yenilik ilk olaraq "iOS" əməliyyat sistemli, yəni "Apple" şirkətinə aid qurğulara, daha sonra "Android" platformasına da tətbiq ediləcək. Hələlik "iOS" istifadəçilərinin faydalanacağı bu yeniliklə proqram vasitəsilə istənilmədən və ya səhvən başqasına atılan ismarışlar ləğv edilə biləcək. Bunun üçün isə göndərdiyiniz ismarışın üzərinə basıb "ləğv et" qərarı vermək lazımdır. Yaxın zamanda proqrama əlavə ediləcək bu xüsusiyyət yalnız yazılara deyil, göndərilən videolara da şamil ediləcək. "WhatsApp" yaradıcıları bu əlavənin hələ test mərhələsində olduğunu nəzərə alaraq rəsmi bir açıqlama verməyib.(unikal.org) Teqlər : #`WhatsApp` istifadəçiləri üçün sevindirici xəbər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Ağıllı” üzük idman bilərziyi funksiyalarını yerinə yetirəcək Dünyanın ən böyük muzeyindən görüntülər - FOTO