Wi Fi xərçəng yaradırmı?

Böyük Britaniyanın məşhur “Lloyd’s” sığorta şirkəti elektromaqnit radiasiyaları nəticəsində yaranan sağlıq problemlərini sığorta olunan xəstəliklər sırasından çıxarıb.
 
İKT.lent.az-ın xəbərinə görə, bu qərar Wi Fi şəbəkələrinin həyati risk daşımasının etirafı kimi qəbul olunub.
 
“Lloyd’s”un qərarına əsasən birbaşa və ya dolayı yolla məruz qalınan elektromaqnit radiasiyası nəticəsində əmələ gələn xəstəliklər sığortanın əhatə dairəsindən çıxarılıb. Yəni müştərilər məruz qaldıqları radiasiyadan xəstələnərsə, sağlıq sığortası onlara şamil olunmayacaq. Qərarın arxa planında simsiz internetdən qaynaqlanan problemlər olduğu bildirilir. 2011-ci ildə Dünya Səhiyyə Təşkilatı Wi Fi cihazlarının kanserogen təhlükə daşıdığı barədə xəbərdarlıqla çıxış edib.
 
Stokholmdakı Karolinska İnstitutunun nevrologiya professoru Olle Yohansson isə bu mövzuda mübahisələrin çoxdan bitdiyini söyləyib: “Wi Fi cihazlarından qaynaqlanan sağlıq problemləri fövqəladə şəkildə genişlənib. Beyin şişindən leykoza, yaddaşsızlıqdan konsentrasiya problemlərinə qədər, bir çox şikayət daxil olur. Dünyadakı radiasiya limiti ciddi şəkildə yüksəlib. Təkcə Wi Fi deyil. Ətrafımızda hər yerdə radio dalğaları var və bunlar insanların, heyvanların səhhətinə ciddi təsir göstərir”.

Google+ WhatsApp ok.ru