Yığcam “Bluetooth” modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir

Yığcam “Bluetooth” modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir

"Boud" startapı "Kickstarter" platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü "Bluetooth" modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.
 
Maide.İnfo "ICTnews"a istinadən xəbər verir ki, ölçüsü 12x12x48  mm və çəkisi 10 qram olan "PLUB" adlı cihazın kənar hissəsində qulaqlıqların qoşulması üçün 3,5 mm-lik konnektor yerləşir. Bu konnektor, həmçinin qurğunun enerji ilə doldurulması üçün istifadə olunur. 120 milliamper/saat tutumunda olan daxili batareya "PLUB" qurğusunun avtonom rejimdə 5 saatadək işləməsini təmin edir.
 
Qeyd edək ki, "PLUB" ilk belə qurğu olmasa da, ancaq istehsalçılar bildirir ki, yeni modul analoqlarından öz yığcamlığı və nəfis dizaynı ilə seçilir. /

Google+ WhatsApp ok.ru