Yutub portalında gün ərzində 1 milyard saatlıq videoya baxılır 28 Fevral 2017 02:00 Maraq dünyası Yutub (YouTube) kompaniyasının texniki məsələlər üzrə vitse-prezidenti Kristos Qudrou bildirib ki, portalda gün ərzində onlayn rejimdə videolara baxış 1 milyard saata çatıb. "Biz səyahətimizdə vacib mərhələyə çatmışıq. Artıq bütün dünyada insanlar gün ərzində YouTube-da 1 milyard saatlıq videoya baxırlar", - deyə Qudrou öz bloqunda yazıb. "Əgər siz YouTube-da 1 milyard saatlıq videoya baxsanız, bunun üçün sizə 100 min il lazım gələrdir", - şirkətin rəsmisi əlavə edib. FaktXəbər-in məlumatına görə, YouTube video portalı 2015-ci ilin oktyabrında Google korporasiyasına qoşulan Alphabet holdinqinə məxsusdur. Google-nin yaradıcısı Larri Peyc və Sergey Brin əvvəllər Alphabet prezidenti və baş direktoru vəzifəsini tutublar. (faktxeber) Teqlər : #Yutub portalında gün ərzində 1 milyard saatlıq videoya baxılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Berlində ağaclardan kitabxanalar hazırlandı - FOTOLAR Kabab sənayesi hər il Britaniya iqtisadiyyatına 2, 8 milyard funt sterlinq ...