Əfv sərəncamı barədə açıqlama

“Novruz bayramı ərəfəsində Əfv Komissiyası yenidən yığışacaq”.
 
Bunu açıqlamasında Hüquq Münafiəçilərinin Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. 
 
Onun sözlərinə görə, Monitorinq Qrupu tərəfindən əfv siyahısı ölkə başçısına göndərilib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində siyasi məhbuslar adlandırılan şəxslələ bağlı hazırladığımız siyahıdan bir neçəsi azadlığa buraxılmışdı. Həmin siyahıda qalan məhbusların adları yenidən ölkə başçısına göndərilib. Həmin siyahıya baxılır”.
 
N. Cəfəroğlu deyib ki, əfv siyahısına siyasi məhbus adlandırılan şəxslər arasına yeni ərizə təqdim edənlər də var: “Həmin ərizələrə baxılandan sonra adları qeyd olunan məhbusların azadlığa buraxılması ücün sənəd ölkə başçısına təqdim olunacaq”.(Aktual.az)

Google+ WhatsApp ok.ru