“22 illik hakimiyyətlə 22 illik müxalifət iş birliyindədir...”

Deyəsən mart ayı təkcə Novruz bayramı ilə deyil, müxalifətin növbəti dəfə meydanlara atılması kimi də yadda qalacaq. Artıq Milli Şura mitinqlə bağlı qərar verib, Müsavat da payızdakı rüsvayçılğı unutdurmaq üçün mitinqə hazırlaşdığını üstüörtülü də olsa cəmiyyətə təlqin etməkdədir. Görəsən, müxalifətin bu iki qurumla bağlıəlığı olmayan kəsimi də mitinqlə bağlı gəlişmələri izləyirmi və onlar da aksiyalara qatılıacaqlarmı?
 
Maide.az xəbər verir ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc sözügedən məsələ ilə bağlı "Moderator"un suallarını cavablandıraraq, müxalif düşərgəyə qarşı qəzəbli və incik olduğunu büruzə verib:  "Əvvala onu qeyd edim ki, Milli Şura və Musavatın ayrı-ayılıqda mitinqlərinin hansısa müsbət nəticə verəcəyinə inanmıram. Bu cür yanaşma müxalifət daxili dartışmalara meydan olur. Hakimiyyət qalır kənarda - kim daha çox mitinqçi çıxardı mübahisəsi başlayır, təbii ki didişən, bir yerdə ola bilməyən müxalifətn arxasınca toplumun getməsi real deyil.  Bunların ayrı-ayrılıqda 2 saat normal, məntiqli nitq qabiliyyətinə malik danışanları belə yoxdur. Bir- iki nə parlaq təfəkkürü, nə də parlaq keçmişi olmayan şəxslərin prosesi apara bilməsi, toplumu generasiya etməsi mümkünsüzdür. Onların bir neçə mitinqdəki çıxışlarına fikir versəniz  bu adamların çox məhdud, inkişaf etməyən, sönük çıxışlar etdiyini aydın görərsiniz. Millətin inamını qaytarmaq üçün 20 ildir yalan vədlərlə cəmiyyəti aldadan "təcrübəli, çox səfirliklərin qapısında ləpirləri olan" bütün bu liderlər bir qədər arxa plana keçməlidir, millətin inana biləcəyi yeni şəxsiyyətlər ortaya çıxmalıdır. Yeni şəxsiyyətlərin ortaya çıxmamasında 22 illik hakimiyyətlə 22 illik müxalifət iş birliyindədir.  Mən başqa bir mitinqdə, hansısa kənar qüvvənin və ya hakimiyyətin nəzarətində olmayan bir mitinqi tərcih edərdim. Hələ ki, o mitinq təyin olunmayıb."

Google+ WhatsApp ok.ru