`ABŞ-ın müsəlmanlara qarşı həyata keçirdiyi siyasət insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb`

`ABŞ-ın müsəlmanlara qarşı həyata keçirdiyi siyasət insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb`
 
Maide.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
 
Əli Hüseynli bildirib ki, erməni lobbisi fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur: "ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb. Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər?”
O əlavə edib ki, əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək.

Google+ WhatsApp ok.ru