Ali lider: Fələstin xalqının intifadası başlayıb

Məzlumların səfərbərlik (Ərbəin) günü ərəfəsində, (Bəsic) Könüllülər təşkilatının minlərlə komandanı Ali lider Ayətullah Xamenei ilə görüşüblər.
 
Maide.az-ın məlumatına görə, görüşdə Ayətullah Xamenei xəbərdarlıq edib ki, ziyalılar, nüfuzlu şəxslər, dövlət rəsmiləri və məsul şəxslər “müəyyən dairələrin təsiri” təhlükəsi ilə üz-üzədirlər.
 
O əlavə edib: "Müəyyən dairələrin təsiri, yəni- inancların, idealların, baxışların və həyat tərzinin dəyişdirilməsi məqsədilə pul və cinsi cəlb etmə yolu ilə insalar arasında şəbəkə yaratmaqdır.
 
Könüllülər tükənməz bir xəzinədir, çünki millət əbədidir. Könüllülərin ətrini duymaq lazımdır, Könüllüləri radikallıqda və ekstremizmdə günahlandıranlar düşmənin təsir layihəsini təkmilləşdirirlər. Könüllülər möhkəm bir bənddir, onun əsaslarını zəiflətmək olmaz."
 
Ayətullah Xamenei işğal olunmuş Fələstin ərazilərində baş verən son hadisələrə toxunaraq, bildirib: “Fələstin xalqının Qərb sahilində intifadası başlayıb və insanlar artıq müharibə edirlər. Fələstinin işğalından 60 ilə yaxın vaxt keçir və bu xalq bir neçə nəsil dəyişib, lakin Fələstin idealı yaşamaqdadırş Düşmən bu idealı məhv etmək üçün çalışır. Biz Fələstin xalqının mübarizəsini bacardığımız qədər müdafiə edirik”./
 
 
 
 

Google+ WhatsApp ok.ru