Ali Rəhbər Cənubi Koreya prezidentini qəbul edib

Cənubi Koreya prezidenti xanım Pak Kın He  bu gün Ali Rəhbər Ayətullah Xamenei ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  İranın Asiya ölkələri ilə əməkdaşlığını artırılmasına müsbət yanaşdığını vurğulayıb və bildirib ki, iki ölkə arasında müqavilələr elə bir formada imzalanmalıdır ki, xarici müdaxilələr və sanksiyalar ona mənfi təsir göstərməsin.  “Çünki İran və Cənubi Koreya kimi ölkələrin müqavilələri və əməkdaşlıqlarının ABŞ-ın təsiri və iradəsi altında olması layiqli deyildir.”
 
Ayətullah Xamenei  davamlı və möhkəm əlaqələrin olmasını İran və Cənubi Koreya  üçün faydalı olduğunu bildirib. “İran və Cənubi Koreya arasında faydalı əməkdaşlıq formalaşdırmaq imkanı var. Lakin bizim əməkdaşlıqda proritetimiz  təkcə ticarət və alqı-satqı deyil. İki ölkə arasında elə müqavilələr bağlanmalıdır ki, infrastruktur sahəsində İranın ehtiyacını təmin etməlidir.”
 
Ali Rəhbər regionda və dünyada baş verən  sabitsizlik probleminə toxunub və bildirib ki, əgər  terrorizm və sabitsizlik məsələsi ilə həqiqi mübarizə aparılmazsa  onun müalicəsi gələcəkdə daha da çətinləşəcək. Heç bir ölkə bu təhlükədən qorunmayıb.  
Ayətullah Xamenei  Amerikanın  terrorizmlə mübarizə şüarı verdiyini amma əməldə sədaqətli davranmadığını bildirib.
 

 

Google+ WhatsApp ok.ru