Ayətullah Xamenei: Bu gün Amerikanın qəti siyasəti İslamofobiya, İranofobiya və Şiəfobiyadır

Ali  Rəhbər  Ayətullah  Seyyid Əli  Xamenei bu gün səhər Məbəs bayramı münasibəti ilə ölkə rəsmiləri, İslam ölkələri səfirləri və müxtəlif təbəqədən olan insanlar ilə görüşüb.
 
Maide.Az  xəbər verir ki, Ayətullah  Xamenei görüşdə çıxış  edib və Həzrət Məhəmməd Mustafanın (s.ə.s) peyğəmbərliyə seçildiyi gün münasibəti ilə İslam Ümmətini və İran xalqını təbrik edib, "besət"in fəlsəfəsinə aydınlıq gətirib.
 
Ayətullah Xamenei bildirib ki,  bu gün bəşəriyyət "Besət"in mənasını dərk etməyə həmişə olduğundan daha artıq ehtiyaclıdır.  “ Məbəs bayramı bəşəriyyətin əzab-əziyyətlərinə son qoymaq üçün oyanış günüdür.   Besət-in qarşısında duran cəbhə, cahillik cəbhəsidir və cahillik bu gün də davam edir.”
 
Ayətullah Xamenei  bildirib ki, bu gün Amerikanın qəti siyasəti İslamofobiya, İranofobiya və Şiəfobiyadır.  “Son zamanlarda Amerikalılar bildiriblər ki, İranın regionda izlədiyi siyasətlər İrana qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olur. Yəni  mənası budur  ey İran xalqı siz ki, ayıq və bəsirətlisiniz  geri çəkilin ki,  biz işimizi görə bilək. Bu cahillikdir.”
 

Ayətullah Xaemeni bildirib ki, Məbəs, oyanış bayramı və ilahi fitrətə qayıdış günüdür. Məbəs, ağıl, ədalət, azadəlik və Allaha bəndəlik ilə yanaşı olan bir yaşama dönüşdür. İlahi pyeğəmbərlərin vəzifəsi isə insanları bu pak fitrətə və Allahın göstərişləri çərçivəsində təfəkkürə istiqamətləndirməkdir.

Ayətullah Xamenei  İslamın ilk günündən  “Besət” və “Cahiliyyət”  cərəyanının  davam etdiyini vurğulayıb və deyib ki, bu gün İslam ümmətinin ən önəmli vəzifəsi  Amerikanın  öndərliyi ilə olan “cahiliyyət” cərəyanı ilə mübarizədir   və İran İslam  Respublikası “Besət” cərəyanının öndəri  olaraq İmam Xomeyninin(r.ə.) başlatdığı yolda,  heç bir qorxu hiss etmədən güclərin  qarşısında mübarizəsini davam etdirir.

“Cahillik cərəyanı peyğəmbərin dövrünə aid olan bir məsələ deyil. Bu cərəyan, ilahi peyğəmbərlər tərəfindən istiqamətləndirilmiş və təfəkkürə əsaslanan cərəyan qarşısında mövcud olmuş və bu günə qədər davam edən bir cərəyandır. Dünyanın hazırkı durumu hətta, Amerika kimi bir dövlət üzərində qələbə çalan, öz nüfuzunu bu ölkə hökumətinə qəbul etdirən, sionist sərmayə sahiblərinin geniş şəbəkəsinin dünyaya hökmranlığının nəticəsidir. Müxtəlif cərəyanlar və partiyaların iqtidara gəlmələrinin yolu, bu sionist cərəyana tabe olmaqdan keçir.”

Ayətullah Xamenei İran xalqı və digər müsəlman xalqların qüdrətlərin fəsadla yanaşı olan hərəkətləri qarşısındakı ayıqlığını, onların qəzəbinə səbəb olan başlıca amil olduğunu bildirib və deyib ki, İran ABŞ-ın regionla bağlı siyasətlərinə qarşı çıxmasına görə, sanksiyalar ilə təhdid edilir. Çünki, onlar İslam Respublikasını region ilə bağlı siyasətlərinin icrası yolunda maneə hesab edirlər.

Ayətullah Xamenei həmçinin deyib ki, İran İslam Respublikası heç vaxt müharibəyə başlayan tərəf olmayıb və heç bir ölkə əleyhinə hərbi addım atmayıb. Amma, öz mövqeyini daim uca səslə elan edib və bundan sonra da edəcək.

 

Google+ WhatsApp ok.ru