Almaniyada İmam Hüseyn (ə) məclisi

Almaniyanın ən böyük şəhərlərindən biri olan Hamburqda oktyabr ayının 25-dən başlayaraq, Məhərrəmlik mərasimləri təşkil olunur.
 
Maide.az xəbər verir ki, yüzlərlə müsəlman hər gün axşam şəhərin mərkəzi küçələrindən birində yerləşən İmam Əli(ə) məscidinə gəlirək, İmam Hüseyn(ə) şəhadətinə əzadarlıq edir. 
Höccətülislam vəl muslimin Heydəri Kaşani bu böyük şəxsiyyətin qiyamının mahiyyəti barədə xütbələr söyləyir, daha sonra mərsiyyələr və rozələr oxunur.
 
Qeyd olunub ki, məclislər noyabrın 6-da yekunlaşacaq.
 
 
 

Google+ WhatsApp ok.ru