Yoxa çıxan satirik şairin anası: `Oğlumu oğurlayıblar`

Sosial şəbəkələrdə öz satirik şerləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-i axşamdan yoxa çıxıb.
 
T.Həsənlinin anası özünün videomüraciətində bildirib ki, onu məhz satirasına görə oğurlayıblar.
 
"O, ətrafında gördüyü hər şeyi şerə çevirirdi" - deyə şairin anası bildirib.
 
Şahidlərin sözlərinə görə, satirik saat 21:00-a yaxın Qala qəsəbəsində mağazaya girərkən naməlum şəxslər onu maşına əyləşdirərək aparıblar.
 
"Turan" agentliyinin sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, T.Həsənlinin oğurlanması barədə onlara məlumat daxil olmayıb.
 
"Ailə üzvləri polisə müraciət etməli və ya 102 saylı nömrəyə zəng etməlidirlər" - DİN mətbuat xidmətindən qeyd olunub.
 
Xatırladaq ki, T.Həsənli öz şerlərində radikal dindarları, dövlət məmurlarını kəskin tənqid edir.

Google+ WhatsApp ok.ru