Ayətullah Xamneinin dəftərxanası məhərrəmliklə bağlı bəzi əməllərin hökmünü açıqlayıb

İslam İnqilabının rəhbəri,  ali lider Ayətullah seyid Əli Xamneinin ofisi məhərrəm ayının bəzi əməllərilə əlaqədar ünvanlanan suallara aydınlıq gətirib.
 
Ali Liderin müvafiq fətvalarına əsasən, əzadarlıq məqsədilə məhərrəm ayında baş yarmaq və bədənə ciddi xəsarət vurmaq haramdır. Bu cür əməllər hətta, göz önündə olmasa belə icazəli deyil.
 
Maide.az "İnterAz"a istinadən xəbər verir ki, əzadarlıq mərasimləri zamanı atılıb-düşmək kimi əməllərdən də çəkinmək lazımdır.
 
Ayətullah Xamnei bəzi dindarların Əhli-beytə (ə) məhəbbət ifadəsi kimi özləri haqqında təhqiramiz sözlər işlətməsinə də münasibət bildirib. Onun fikrincə, müsəlman öz vüqar və izzətini qorumalıdır, belə sözlərin işlədilməsi doğru deyil.
 
Verilən bəyanatda həmçinin qeyd olunub ki, İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə yas saxlamaq ilahi şüarların qorunması və dini vəzifədir. Lakin, əzadarlıq zamanı insanların daha çox maarifləndirilməsinə önəm vermək lazımdır.

Google+ WhatsApp ok.ru