Ayətullah Xamenei : ABŞ-ın regiondakı siyasətləri İranın siyasətləri ilə 180 dərəcə fərqlidir 02 Noyabr 2015 02:00 Çıxışlar Ali Lider Ayətullah Seyyid Əli Xamenei bazar günü İslam Respublikasının xarici işlər naziri, səfirləri və müvəqqəti işlər vəkilləri ilə görüşüb. Maide.az xəbər verir ki, Ayətullah Xamenei Amerikanın Qərbi Asiya bölgəsindəki siyasətlərini regionun qeyri-sabit vəziyyətinin əsas amili olduğunu vurğulayıb və bildirib ki, ABŞ Yaxın Şərq problemlərinin əsas səbabkarıdır. "De-stabilliyin əsas amili Amerikanın sionist rejimi və terror qruplaşmalarını dəstəkləməsidir və bu siyasətlər İranın siyasətləri ilə 180 dərəcə fərqlidir." Regional məsələləri barədə Amerika ilə müzakirəni qəbul olunmaz adlandıran Ayətullah Xamenei bildirib ki, Amerikalılar məsələlərin həlli yox, öz mənafelərini tətbiq etmək ardıncadırlar. "Onlar müzakirələrdə tələblərinin 60-70%-ni qəbul etdirmək istəyirlər. Qalan məqsədlərini də qeyri-qanuni yolla praktiki olaraq icra və tətbiq edirlər. Bəs onda müzakirənin nə mənası vardır?" Ayətullah Xamenei bildirib ki, İranın xarici siyasəti islam və inqilabın məqsəd və amallarını özündə əks etdirir. "İran Xarici İşlər Nazirliyinin rəsmiləri, səfirlər və müvəqqəti işlər vəkilləri əslində bu prinsip və amalların nümayəndələri, əsgərləri və xidmətçiləridirlər." Ali Lider bildirib ki, İran İslam Respublikası Fələstin məsələsində qəsbkar və saxta sionist rejimi inkar etmək və bu rejimin gündəlik cinayətlərini sərt şəkildə pisləməklə yanaşı bütün fələstinlilərin iştirakı ilə seçkilərin keçirilməsini təklif edir. Bu da dünyanın hazırkı qaydaları ilə tamamilə məntiqlidir. Ayətullah Xamenei Suriyada baş verən proseslərə də toxunaraq bildirib ki, başqa ölkələrin bir yerə toplaşaraq bir ölkənin hökumət sistemi və onun prezidenti barəsində qərar çıxarmasının mənası yoxdur. Bu çox təhlükəli bidətdir ki, dünyada heç bir hökumət öz barəsində onun icra olunmasını qəbul etmir. "Suriya məsələsinin həll yolu seçkilərdir və bunun üçün silahlı müxaliflərə hərbi və maliyyə dəstəklər kəsilməlidir. İlk öncə müharibə və de-stabillik sona çatmalıdır ki, Suriya xalqı təhlükəsiz şəraitdə istədiyi şəxsi seçə bilsin." Ayətullah Xamenei İraqda baş verən proseslər haqqında da bildirib ki, İraqın şiə ərəb, sünni ərəb və kürd bölgələrinə bölmək bu ölkənin xalqının mənafeyinə ziddir , qəbul olunmazdır və mənasızdır. “İraqın ərazi bütövlüyünün təmini, əhalinin rəyi əsasında hökumətin təşkili İranın İraq barədə təklif etdiyi əsas həll yoludur”. Ayətullah Xamenei çıxışının digər hissəsində Yəməndəki hadisələr toxunaraq Səudiyyə rejimini Yəməndəki cinayətlərə son verməyə çağırıb. “Səudiyyə rejim cinayətləri tez bir zamanda kəsilməli, Yəmənli -Yəmənli danışıqları başlamalıdır. Bu belə olarsa bu ölkədə baş verən qarşıdurmalar dayandırıla bilər." Ayətullah Xamenei Səudiyyə rejiminin Yəməndə və Suriyadakı proseslərlə bağlı ikili siyasət yürütdüyünü bildirib. “Səudiyyə rejimi Yəməndə fərari və istefa vermiş prezidentin istəyi ilə bu ölkəyə hərbi müdaxilə edir, amma Suriyada bu ölkənin qanuni prezidentinin istəyi ilə silahlı qruplaşmaları dəstəkləməkdən əl çəkmir”. Ayətullah Xamenei Bəhreyndə xalqın azad seçki və qanuni hüquqlarının təminini istədiyini vurğulayıb və bildirib ki, biz onların bu tələblərini məntiqli hesab edirik. Ayətullah Xamenei çıxışının sonunda bildirib ki, İranın xarici siyasətinin əsasını İslam ölkələri, Afriqa və qonşu ölkələrlə əlaqələrin davamlı inkişaf etdirilməsi təşkil edir. / Teqlər : #Ayətullah Xamenei : ABŞın regiondakı siyasətləri İranın siyasətləri ilə 180 dərəcə fərqlidir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Həcc Təşkilatının rəhbərliyi və əməkdaşları ilə görüşüb - FOTO Ayətullah Xamenei: İran xalqının “Amerikaya ölüm” şüarının arxasında məntiq və zülmə qarşı düşüncə prinsipləri dayanır
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO