Ayətullah Xamenei: Qərb ölkələri heç vaxt İran xalqının etibarını qazana bilməyib-FOTO

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Tehranda səfərdə olan Çin Xalq Respublikası prezidenti Şi Cin Pinqi qəbul edib. 
 
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, İran və Çin xalqları arsında  mədəni və ticari əlaqələr qədim köklərə dayanır. “İran hökuməti və xalqı həmişə Çin kimi müstəqil və etibar ediləcək ölkələrlə əlaqələri inkişaf etdirməkdə maraqlı olub. Elə buna görə də İran və Çin prezidentlərinin 25 illik stratejik əlaqələr haqqında razılığını tamamilə düzgün və müdrik bir addımdır.”
 
Ali Lider Ayətullah Xamenei Çin prezidentinin “İpək Yolunun” yenidən bərpası və bu yol üzərində olan ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinə dair sözlərini məntiqli bir istək olduğunu vurğulayaraq bildirib ki, İran İslam Respublikası heç vaxt Çinin sanksiyalar dövründəki əməkdaşlığını unutmayacaq. 
 
Ayətullah Xamenei “enerji”nin dünyanın ən önəmli məsələlərindən biri olduğunu bildirib. “İran regionda yeganə müstəqil ölkədir ki, ona etibar etmək olar. Ona görə ki, regionın bəzi ölkələrinin əksinə olaraq İranın enerji sahəsindəki siyasəti qeyri-İranlı bir amilin təsiri altında deyil”
 
Ayətullah Xamenei bəzi ölkələrin xüsusi ilə ABŞ-ın hegemon siyasətləri və digər ölkələrlə qeyri – səmimi əməkdaşlığına toxunub. “Bu vəziyyət səbəb olub ki, müstəqil ölkələr bir-birləri ilə əməkdaşlıqlarını artırmaqda maraqlı olsunlar. İran və Çinin 25 illik stratejik əməkdaşlığı bu çərçivədədir, hər iki tərəf əldə olunan razılıqların icrası üçün ciddi çalışmalıdır. İran mədəniyyəti Şərqə meyillidir. Qərb ölkələri heç vaxt İran xalqının etibarını qazana bilməyiblər. Qərb ölkələri arasında ABŞ İrana qarşı pis və daha düşməncəsinə siyasət yürüdür. Elə bu düşməncəsinə siyasətlər səbəb olub ki, İran xalqı və rəsmiləri müstəqil ölkələrlə əməkdaşlıqda maraqlı olsunlar.”
 
Ayətullah Xamenei Çin prezidentinin  iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasına dair sözlərinə toxunub və bildirib ki, təssüflər olsun ki, bizim bölgə Qərb ölkələrinin səhv siyasətlərinə görə  və həmçinin İslamdan yalnış düşüncə  formalaşdırmaqla  sabitsizləşib. Tədbirli əməkdaşlıq ilə bu sabitsizliyin qarşısı alınmalıdır. Yalnış fikirlərin əsas mənşəyi bəzi region ölkələridir. Qərb ölkələri terrorçu qrupların yalnış fikirləri ilə mübarizə aparmaq əvəzinə Avropa və Amerikada müsəlmanlara təzyiqlər və hücumlar edirlər. Terrorçu hərakatların düşüncələri İslam düşüncələri ilə tamami ilə fərqlidir.”
 
Ayətullah Xamenei ABŞ və Qərb ölkələrini israrla bəzi terrorçu qruplaşmaları “İslam Dövləti” adı ilə tanıtmağa çalışmasını müsəlmanlara hörmətsizlik adlandırıb. “Bu müsəlmanlara hörmətsizlikdir, problemin həlli əvəzinə, qeyri-müstəqim bu terrorçu qruplaşmaların güclənməsinə zəmin yaradır.”
 
Ayətullah Xamenei ABŞ-ın “Terrorizmlə mübarizə koalisiyası” yaratmasına dair iddiasını yalan adlandırıb. “Amerikalıların  bütün məsələlərə yanaşması bu cürdür və onlar heç vaxt sədaqətli olmayıblar.” /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru