Ayətullah Xamenei İranın Seçkilər Təşkilatının işçilərini qəbul edib

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün qarşıdan gələn İranın Seçkilər Təşkilatının işçilərini qəbul edib. 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei çıxışında İran və “Altılıq” ölkələri arasında Fəaliyyətlərin Birgə Kompleks Planının (JCPOA) icrasını böyük və önəmli bir iş olduğunu bildirib. “Fəaliyyətlərin Birgə Kompleks Planının icrası  bizim bütün istəklərimizi yerinə yetirməsədə , elə bu qədər ki, İslam Respublikasının istəklərini yerinə yetirdilər önəmli və böyük bir hadisədir.  Müzakirə edən komanda , nazir və prezident çox zəhmət çəkdilər.  Bəziləri çalışır əldə olunan nailiyyətləri ABŞ-ın bizə bir lütfü kimi göstərsinlər, lakin bu belə deyil.  Bu İran xalqının və alimlərinin səyi nəticəsində əldə olunub. Şəxsən mən  düşünürəm ki, bundan daha yaxşı ola bilərdi, əlbətdə güc, vaxt, imkanlar və şərait elə bu qədərinə yetirdi. Elə bu qədəri də  önəmli işdir.”
Ayətullah Xamenei ölkə rəsmilərini ayıq olmağa çağırıb. “Hazırda bütün məsul şəxslər həm onlar ki, hökumət işində işləyirlər və həmdə onlar ki, nəzarət edirlər qarşı tərəfin hiylələri qarşısında ayıq olsunlar. Üzlərinə vurduqları maska və təbəssümə inanmasınlar. Onların hiylələri qarşısında ayıq olsunlar, ehtiyatlı olsunlar və gözləsinlər ki, gördükləri iş öhdəliklərinə götürdüyü işin eynisi olsun.Qarşı tərəfdən hiyləgərlik görsələr onlarla özləri kimi davransınlar. Qarşı tərəf öhdəliyini pozarsa onlarda öz öhdəliklərini pozsunlar”. 
Ayətullah Xamenei xalqı seçkilərdə aktiv iştirak etməyə çağırıb. “Xalq gözü açıq, təfəkkürlə saleh insanları seçsinlər. Elə bir şəxsi seçsinlər ki, həmin şəxs seçiləndən sonra ölkənin problemləri qarşısında özünü sipər etsin, ölkəni düşmənə satmasın. Mən həmişə seçki prosesini həyata keçirən şəxslərə demişəm ki, qanuna əməl etsinlər. Qanuni qrumlara hörmətsizlik edilməsin. Qanuni bir qruma qarşı hörmətsizlik edilməməlidir. “
Ayətullah Xamenei deyib ki, sanksiyalar ləğv olunub, xalqın məişət problemləri də həll olunub? Yox. “Mən həm bu hökumətə və həmdə bundan öncəki hökumətə demişəm ki, ölkənin iqtisadi problemləri 20-40 faizi mümkindir ki, sanksiyalara görə olsun, lakin qalanı bizim özümüzə aiddir. Biz gərək düzgün hərəkət edək. Lazimi proqram və idarəetməni təşkil etməliyik.”
Ayətullah Xamenei İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Fars Körfəzində ABŞ hərbiçilərini saxlamasına görə Sepaha təşəkkür edib. “Sepahın gənclərinin Fars Körfəzində etdiyi hərəkətə görə onlara təşəkkür etmək fürsəti tapmamışam. Onlar çox doğru iş görüblər. Siyasətçilərdə bu cür hərəkət etməlidir. Harda görsələr ki, hüquqlara təcavüz olunur, tam gücləri ilə onun qarşısını alsınlar.”
İran İslam Şurası Məclisinin 10-cu dövrü və Xobrəqan Ekspertlər Məclisinin 5-ci dövr seçkiləri 2016-cı il 26 fevralda keçiriləcək./
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru