Ayətullah Xamenei: İslam İnqilabının hədəfi islam sivilizasiyanın reallaşmasıdır

Ali Rəhbəri Ayətullah  Seyyid Əli Xamenei bu gün günün birinci yarısında İslam-İran Tərəqqi Modeli Ali Mərkəzi Şurasının üzvləri ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, İslam İnqilabının hədəfi islam sivilizasiyanın reallaşmasıdır. “Dünyada inkişaf etmiş modellərin kökləri yalnış və effektsizdir. Ona görə lazımdır ki, yeni İslam - İran tərəqqi modeli  təqdim olunsun.  İslam-İran tərəqqi modelini hazırlamaq və inkişaf etdirmək üçün islami mənbələr dərindən araşdırılmalı, dini elmlər hövzələri, alimlər, mütəfəkkir şəxslər və fəlsəfə,kəlam və fiqhi bilən şəxslərlə davamlı və geniş  əlaqə qurmaq və onlardan istifadə etmək lazımdır" 
 
Ali Rəhbər həmçinin dünyada mövcud olan modellər barədə bildirib ki, dünyada geniş yayılmış modellərin kökləri yalnışdır; humanizmə və qeyri-ilahi prinsiplərə söykənir və onlar təsir və nəticələr baxımından da azadlıq və ədalət kimi dəyərlər barədə verdikləri vədləri reallaşdıra bilməyiblər.
 
Ayətullah Xamenei bildirib ki, islam sivilizasiyasının reallaşması islam-iran tərəqqi modeli olmadan mümkün deyil. “İslam-iran tərəqqi modelində iran nümunəsinə diqqət önəmlidir. İran bu modelin reallaşması sahəsidir və əgər İranın təbii və insani sərmayələri, eləcə də adət-ənənə, iqlim, coğrafiya, tarix və mədəniyyətinə diqqət edilməzsə, hazırlanacaq inkişaf modeli gerçəkləşməyən və istifadəsiz bir sənəd olacaq.”
 
Ayətullah Xamenei İslam İnqilabının hədəflərinin beş mərhələli olduğunu və onun yekun mərhələsinin islam sivilizasiyanın reallaşması olduğunu bildirib. “Bu prosesdə ilk addım İslam İnqilabının formalaşmasıdır, ondan sonra  İslam Sisteminin təşkilidir ki, İmam Xomeyninin (r.ə) ən böyük ustalığı İslam Sistemini yaratmaq idi. Üçünci mərhələ İslami dövlətin  təşkilidir. İslami dövlətin təşkili tamamilə islami meyarlara əsaslanmalıdır, nə qədər ki, islami dövlətin təşkili mərhələsi tam şəkildə reallaşmayıb, islami cəmiyyətin təşkilinə növbə çatmayacaq. Sonuncu addım isə İslam sivilizasiyasının  reallaşmasıdır.  Islam sivilizasiyası, ölkə fəth etmək demək deyil, əksinə xalqların düşüncələrinin İslamdan təsirlənmələri deməkdir.”
 
 

Google+ WhatsApp ok.ru