`Fəhlələr hər bir cəmiyyətin fəqərə sütunudur`

Fəhlələr hər bir cəmiyyətin fəqərə sütunudur. Onlar olmasa və ya zəifləsə, cəmiyyət iflic olar. 
Fəhlə təbəqəsi sabaha ümidlə baxsa, rifah səviyyəsi normal olsa və əməyinin təhlükəsizliyi təmin olunsa, ölkənin inkişaf yolunda irəliləyişi daha da sürətli və asan olar.
 
Zəhmətkeşlərə yalnız əmək aləti kimi yanaşan materialist görüşlərdən fərqli olaraq İslam dini fəhləni Allah yolunda döyüşən mücahid hesab edir, əməyinin və çəkdiyi zəhmətin müqabilində ona İlahi mükafat vəd edir.
İslamın baxış aspekti çərçivəsində cəmiyyətdə fəhlə və zəhmətkeşlərin layiqli statusunun qorunub-saxlanmasını olduqca mühümdir.  Fəhlə və zəhmətkeş sinfi İslam İnqilabının qələbə çaldığı ilk gündən bu günə qədər olduqca çətin sınaqlardan üzüağ çıxıb. Müqəddəs Müdafiə Hərəkatı həmin imtahanlara sadəcə bir nümunədir.  
 
Ötən 34 il ərzində fəhlə təbəqəsini İslam İnqilabına və İslam dövlətinə qarşı qoymaq üçün çox səylər olunub. Amma ölkəmizin mömin və inqilabçı fəhlələri bu məkrli planların qarşısında şücaətlə durublar. Bu, fəhlə təbəqəsi üçün iftixar mənbəyidir.
Əhali arasında belə bir mədəniyyət yaymaq lazımdır ki, daxili və ya xarici markalı məhsulun seçilməsi iranlı bir fəhlənin yoxsulluğu və ya maddi təminatı deməkdir.
 
Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei

Google+ WhatsApp ok.ru