Ayətullah Xamenei: Amerika iranfobiya siyasəti yürüdür-YENİLƏNİB - FOTO

Ayətullah Xamenei istehsalat sektorunun fəalları və fəhlələrlə görüşüb

 
Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei zəhmetkeşlər həftəsi münasibətilə  istehsalat  sektorunda çalışan  fəallar və fəhlələrlə  görüşüb.
 
Maide.Az xəbər verir ki, görüş bu gün səhər  baş tutub. Görüşdə Ayətullah Xamenei  Amerikanın İrana qarşı siyasətini  pisləyib və deyib: “ Amerika  porblem yaradır, aldadır və daha sonra  şikayətlənir ki, niyə biz ona qarşı bədbinik! Kağız üzərində  yazırlar ki, banklar İranla  ticarət etsin, lakin əməldə  iranfobiya siyasəti yürüdürlər ki, İranla ticarət  əlaqələri qurulmasın.  Amerika rəsmisi  deyir ki,  sanksiyalar sxemi pozulub və bununla  xarici investor qorxur və İrana sərmayə yatırmağa gəlmir”. 
 
Ayətullah Xamenei  ölkə daxilində  istehsalın  müqəddəs bir məsələyə çevirilməsinin zəruruliyini vurğulayıb. “ Daxili  istehsal  müqəddəs bir məsələ kimi  tanınmalıdır.  Ölkə daxilində istehsal  edilən mallar  heç bir  formada idxal olunmamalıdır. Xarici malların  ölkə daxilində  oxşarı yoxdursa  satışı və istifadəsi  dəyərlərə zidd bir addım kimi qiymətləndirilməldiir.”
 
Ayətullah Xamenei əlavə edib ki,  fəhlələr birliyi  İnqilab və Sistemə  vəfalı  olublar. “İnqilabın və İnqilabdan sonrakı bütün önəmli hadisələrdə  iştirak ediblər. Mən bu nemətə görə  allaha şükür edir və bütün vücudumla  fəhlələrə təşəkkürümü bildirirəm.  Cəmiyyətdə hər kəs bir işlə məşğuldur və işçidir.  Müdir, universitet müəllimi və s. hamı  işçidir.  İş həm insanı və həmdə cəmiyyəti  qurur. Biz işi inkişaf etdirməliyik.  İşin keyfiyyətini yaxşılaşdırmalıyıq.  İşin  haqqını ödəməliyik.  Əgər bir müdir, özünü işə həsr etməzsə  işin haqqını ödəməyib.”
 
Ayətullah Xamenei  iki gündən  sonra İranın 21 əyalətində Parlament seçkilərinin ikinci mərhələsinin keçirilməsinə toxunub və deyib: “İki gün sonra  bəzi şəhərlərdə  seçkilər keçiriləcək. Bu seçkilər önəmlidir və hamı seçkilərdə aktiv iştirak etsin.  Seçkilərin ikinci mərhələsinin əhəmiyyəti birinci mərhələdəki kimi önəmlidir.”
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru