Ayətullah Xamenei: İslam ümmətinin səadət və xoşbəxtliyi Quran maarifi ilə yaxın olmalarına bağlıdır - YENİLƏNİB - FOTO

33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları Ayətullah Xamenei ilə görüşüb

Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei 33-cü Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki  Ali  Rəhbər  Ayətullah Seyyid Əli Xamenei bu gün səhər ölkədə keçirilmiş 33-cü Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, münsiflər, Quran hafizləri və qarilərlə, həmçinin ölkənin Quran ictimaiyyətinin bir qrup təmsilçisi ilə görüşüb. 
 
Görüşün əvvəlində  qarilər Quran tilavət etdi və  Ali Rəhbərin  nümayəndəsi və Xeyriyyə işləri və vəqflər təşkilatının sədri höccətül-islam Məhəmmədi Sirət çıxış edib. 
 
Daha sonra Ali Rəhbər Ayətullah Xamenei çıxış edib və bildirib ki, küfr cəbhəsi bütün möhtəşəmliyi ilə sonda geri çəkilməyə məcbur olacaq və qələbə İslamladır. "Biz zəif olmamalıyıq, güclü olmalıyıq. Güc yalnız pul və silahda deyil; Gücün əsas mənbəyi iman və sabitlikdir. Düşmən güclü və qorxmaz İslamdan qorxur.  İslam Respublikasından bu cəhətinə görə qorxurlar və hücum edirlər. Onların hücumları qorxularından irəli gəlir."
 
Ayətullah Xamenei bildirib ki, Amerika  "böyük tağut" və "böyük şeytandır".

Ayətullah Xamenei əlavə edib ki,  təssüflər olsun ki, bəzi İslami dövlətləri  öz millətlərinə xəyanət edir.  "Amerikanın nüfuz etməsi üçün şərait yaradırlar.  böyük tağut olan  Amerika ilə əməkdaşlıq edirlər.İslam dünyası və bizim bölgədəki problemlərin başlıca səbəbi budur.  Çox böyük günah iş görürlər.  Bütün İslam ümmətinin öhdəçiliyi budur ki, maarifləndirmə üçün mübarizə aparsınlar və bu maarifləndirmə cihaddır.Bu gün alimlər, ziyalılar və elitanın ən önəmli vəzifəsi  tağutların yalanları haqqında maarifləndirmə işləri aparmaqdır. İslam ümməti də hegemonlar yalan vədələrinə aldanmamalıdır və onların hədələrindən qorxmamalıdır. "

 
Quran bütün müsəlmanlar üçün müştərək mehvərdir 
 
Ali Rəhbər Ayətullah Xamenei bildirib ki,  hegemonçuların siyasəti müsəlman millətləri bir-birindən ayırmaq və bir-biri ilə qarşı-qarşıya qoymağa çalışmaqdır.  "Müsəlman millətlər  bir-birləri ilə  ünsiyyəti çoxaltmalıdır.  Quran bütün müsəlmanlar üçün müştərək mehvər və böyük ilahi nemətdir.  Biz Qurandan uzaq düşmüşük, bu bir həqiqətdir.  Bizim həyatımızın reallıqları  Quran həqiqətlərindən çox uzaqdır.  İslam ümmətinin səadət və xoşbəxtliyi Quran maarifi ilə yaxın olmalarına bağlıdır."
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru