Ayətullah Xamenei: Düşmənin planı İslam Respublikasının  qabiliyyətlərini  məhv etməkdir -FOTO

Ayətullah Xamenei: Düşmənin planı İslam Respublikasının qabiliyyətlərini məhv etməkdir -FOTO

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün Ramazan ayı münasibəti ilə İranın  prezidenti,  nazirlər kabineti üzvləri, parlament spikeri və  nümayəndələri, məhkəmə sistemi  sədri və işçiləri , eləcə də  ordu qüvvələri komandirləri  ilə görüşüb.  
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən  Ayətullah Xamenei bildirib ki,  Amerika ilə razılaşa biləcəyimizi güman edənlər yalnış düşünür.  “Biz illüziyaya etibar edə bilmərik. Söhbət İslam Respublikanın varlığından gedir və müzakirə ilə həll olunmayacaq. Bəziləri güman edir ki, bizim Amerika ilə mübahisələrimizə  görə düşmənçilik mövcuddur. İslam Respublikası  Fransaya nə edib?  Nə üçün Fransa  nüvə müzakirələrində pis polis rolunu oynayırdı və nə üçün Hollandiya və Kanada düşmənçilik edir?”
 
Ayətullah  Xamenei bildirib ki,  düşmənin bu gün planı İslam Respublikasının  qabiliyyətlərini  dayandırmaq, məhv etmək və ya inkişafı minimuma  çatdırmaqdır.  “Biz  çalışmalıyıq  qabiliyyətlərimizi  daha da inkişaf  etdirək.  Dəfələrlə təkrarlamışam  ki, ölkəmiz  güclü ölkə olmalıdır və qabiliyyətlərimiz  inkişaf etdirilməlidir.“
 
Ayətullah Xamenei İran və altılıq ölkələri arasında  əldə olunan  Fəaliyyətlərin birgə kompleks planını (JCPOA-nın)  dəstəkləyənlər və ona qarşı çıxanlar hər iki tərəf  mübaliğə edirlər.  “Qeyd edəcəyim məsələlər  bu planın əldə olunmasında zəhmət çəkən qardaşlarımıza deyil qarşı tərəfədir.  JCPOA-ı düşmənin  suistifadəsinə səbəb olub. Biz  planı  pozmayacayıq lakin  hazırda 
 
Amerikada prezidentliyə namizədlər JCPOA-nı cırmaqla hədələyirlər, əgər onlar  planı cırarlarsa biz bu planı  yandıracayıq.  Bu planda qarşı tərəfin öhdəçiliyi  sanksiyaların ləğv edilməsi idi,lakin  sanksiyalar ləğv  olunmayıb.  Bankların məsələsi öz həllini tapmayıb, neft daşıyan  gəmilərin sığortası məhdud  səviyyədə həyata keçirilir.  Neft pulları və digər ölkələrdə olan pullarımız  özümüzə  qaytarılmır.  Amerikalılar  öhdəliklərinin  önəmli hissəsini yerinə yetirməyiblər, lakin biz  uranın 20  faiz zənginləşdirməsini ,  Fordu və Ərak ağır su zavodunu  dayandırmışıq.” 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru