Ayətullah Xamenei: Ölkənin  elmi inkişafı sürətlənməlidir - FOTO

Ayətullah Xamenei: Ölkənin elmi inkişafı sürətlənməlidir - FOTO

Ramazan ayının 12-ci günü (şənbə) günortadan sonra İranın görkəmli elm adamları, professor, ali təhsil müəssisələrinin elmi şuralarının üzvləri Ali Rəhbər  Ayətullah Xamenei ilə görüşərək elmi inkişaf, tədqiqatlar, ali təhsil, mədəniyyət, siyasət, ictimaiyyət və iqtisadiyyatla əlaqəli müxtəlif problemlər haqqında fikir mübadiləsi apardılar.
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, müqavimət iqtisadiyyatı planı həm milli qürur və həmdə  hazırkı problemlərin  həll yoludur.  “Soruşurlar  sizki deyirsiz milli qürur bəs cəmiyyətin mövcud ehtiyaclarını nəzərə almırsız?  Müqavimət iqtisadiyyatı planı sözün həqiqi mənasında  icra olunarsa  həm milli  qürur   və həmdə ölkənin ehtiyaclarını   təmin edəcək.   Ona görə ki,  bu  plan ölkənin daxili imkanlarına söykənir.  
Əgər istəyiriksə ölkəmiz 20  il sonra  inkişaf etmiş,  qürurlu ,dindar  , imkanlı , güclü , müstəqil, maddi və mənəvi  xeyirlər və ədalətlə dolu  olsun, əsaslı işlər görülməlidir. Əsaslı işlərdən biri  universitetlərin üzərinə düşür.Mənim  universitet və müəllimlərin üzərində dayanmağımın səbəbi  budur”.
 
Ayətullah  Xamenei  çıxışının digər hissəsində bildirib ki, vurğulamaq istədiyim  məsələ budur ki,ölkənin  elmi inkişafı sürətlənməlidir.
“Bu gün bizim elmi inkişafımızı sürətləndirməyə ehtiyacımız var. Biz ən azından 60-70 il  xain  hökumətlər tərəfindən  bilərəkdən geridə saxlanılmışıq.   Əgər  inkişaf etmək  istəyirik  qabaqda olanların sürətiilə hərəkət etsək  istəyimizə çatmayacayıq.”
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru