Ayətullah Xamenei: Ruhanilər meydanda olmasaydı, İslam İnqilabı baş verməzdi 31 Dekabr 2017 02:00 Çıxışlar -- Bu gün ruhanilərin vəzifəsi ... Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 22 aban 1396-cı il tarixində (13 noyabr 2017) təşkil edilmiş “Qum əyalətinin ruhani şəhidləri və fədailəri” konqresinin təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat Qumun konfars təşkil edilmiş eyni məkanında yayımlandı. Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, bu görüş zamanı ruhanilərin cihad və mübarizə meydanındakı irimiqyaslı və ciddi iştiraklarının, habelə Allah yolunda şəhid olmalarının çox mühüm bir məsələ olduğunu deyən Ayətullah Xamenei ruhani icmalarının ölkə tarixinin ayrı-ayrı mərhələlərində mübarizə meydanından uzaq durmasının fəsadlarına işarə edərək dedi: “Ruhanilər, ayrı-ayrı tarixi dövrlərdə istibdad və müstəmləkəçilərə qarşı mübarizə meydanından uzaq qaldıqları üçün zərbə aldılar. Halbuki ruhanilər sinələrini İslam və İranın düşmənləri qarşısında sipər edərək mübarizə və müqavimət meydanına atılsaydılar, mübarizədən üzüağ, alnıaçıq çıxardılar. İslam İnqilabı və böyük İmamın əzəmətli hərəkatı bunun ən kamil nümunəsidir”. O vurğuladı ki, əgər ruhanilər despot rejimə qarşı mübarizəyə qalxmasaydılar, İslam İnqilabı əsla qələbə çalmazdı: “Heç bir siyasi partiya və ziyalı qruplaşması imperialist və despot hökumətə qalib gələ bilməzdi. İnsanların kütləvi şəkildə səhnəyə atılması, Allah yolunda o miqyasda fədakarlıq göstərməsi və ixlasla canlarını fəda etməsi ruhanilərin meydanda olması və mübarizənin dini yönünün nəticəsi idi”. Ali Rəhbər bildirdi ki, bu gün ruhanilərin vəzifəsi inqilabçı olmaq, düşməni tanımaq və onun hiylələrinə qarşı mübarizəyə hazır olmaqdır: “Şəhidlik Allah-taalanın dərgahında hər kəsə nəsib olmayan ən böyük dərəcədir. Biz həsrət dolu baxışlarla şəhidlərin uca məqamını və dərəcəsini arzu etməliyik”. Teqlər : #Ayətullah Xamenei: Ruhanilər meydanda olmasaydı,#İslam İnqilabı baş verməzdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Düşmən xalqı gələcəyə naümid etmək və onların özünə güvənini sarsıltmaq istəyir- FOTO/YENİLƏNİB Düşmənə və onların düşmənçiliyinə mane olan şey xalqın imanı, fədakarlığı və şücaət ruhudur -FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO