Azərbaycanda bir sıra cəzaçəkmə müəssisələrinə yeni rəis və rəis müavinləri təyin olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə bir neçə təyinat olub.
 
Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə mayoru İsmayılov Elnur Nazim oğlu 3 saylı İstintaq Təcridxanasına rəis vəzifəsinə təyin olunublar.
 
Nazirin əmri ilə həmçinin ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı Cəzaçəkmə Müəssisənə, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı Cəzaçəkmə Müəssisənə rəis müavinləri təyin olunublar.
 
Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar Müəssisəsinə mühafizə taborunun komandiri təyin olunub.    

Google+ WhatsApp ok.ru