Azərbaycanlılar Ali Rəhbər Ayətullah Xamenei ilə görüşdü - FOTO - YENİLƏNİB

Amerikalılara etimad etmək olmaz

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  bu gün “29 bəhmən Təbriz qiyamının” 37-ci  ildönümü günü münasibəti ilə Şərqi Azərbaycan əyalətindən minlərlə insanı qəbul edib. 
 
Maide.az xəbər verir ki, görüşdə çıxışında Ayətullah Xamenei İran xalqının builki 22 bəhmən nümayişindəki daha geniş və daha şövqlü iştirakına toxunaraq bildirib. “Lazim bilirəm səmimi qəlbdən İran xalqına 22 bəhmən günündə yaratdıqları həmasəyə (inqilabi əhvali ruhiyə) görə təşəkkür edim. İnqilab bayramı  sizlərə mübarək olsun.”
 
Ayətullah Xamenei bildirib ki, mən həqiqəti deməkdən yorulmayacam. “Hİss eləsəm ki, nələrisə xalqa demək lazımdır onları xalqa deyəcəm. Düşmən ictimaiiyyəti  öz çirkin planlarından uzaq saxlamağa çalışır. Düşmənlər seçkilərə təsir etmək niyyətindədir, Xalq bunu bilməlidir və düşmənin istəyinin əksinə  hərəkət etməlidir.”
 
Ayətullah Xamenei  Amerikalıların  ele İslam İnqilabının ilk günündən Keşikçilər Şurasının (ölkənin seçkilərinə nəzarət edən qurum)  yaranması ilə müxalif olduğunu bildirib. “Amerikalılar  inqilabın əvvəlindən bir neçə məsələ o cümlədən Keşikçilər  Şurasının yaranması  ilə müxalif idilər.  Keşikçilər Şurasının olmasının qarşısını ala bilmədilər. İndi istəyirlər bu şuranın  qəbul etdiyi qərarlara qarşı şübhələr oyatsınlar.  Bunun da anlamı budur ki, seçkilər , parlament və parlamentin qəbul etdiyi qərarlar qanunsuzdur. İstəyirlər ölkəni 4 il qanun boşluğunda saxlasınlar.  Keşikçilər Şurasına qarşı təxribatda düşmənin dediyini deyənlər  başa düşmürlər.  Mən kimsəni xəyanətdə günahlandırmıram. Bu təkcə  Keşikçilər Şurasına qarşı olan təxribat deyil,  seçkilər, parlament  və 4 il qanunvericiliyə qarşı olan təxribatdır.Bunu mən deməliyəm və ictimaiyyət bunu bilməlidir”. 
 
Ayətullah Xamenei Xobreqan Ekspertlər Məclisinin əhəmiyyətindən danışıb. “Xobreqan lazım olan an rəhbər təyin  edir. Əgər  Xobreqan Ekspertlər Məclisinin üzvləri İnqilab və xalqı sevən, agah , düşmən planları qarşısında sabit olarsa, bir cür davranacaq. Əgər belə olmasa  başqa cür davranacaq. Ona görə düşmən Xobreqan üzərində həssasdır”. 
 
Ayətullah Xamenei bildirib ki, parlament hökumətin  hərkətvericisidir.  “Əgər  parlament  xalqın rifahı, ədalət, iqtisadi asanlaşma, elm və texnologiyanın inkişafı, müstəqillik və izzət ardınca olarsa hərəkətvericilik bu istiqamətlərdə  olacaq.  Əgər parlament  Qərb ölkələri və Amerikadan qorxan, aristokratiya ardınca olarsa  bu ölkəni bədbəxt edəcəklər. 
 
Çıxışının digər hissəsində  Ayətullah Xamenei bildirib ki, Amerika siyasətçiləri  etiraz edir ki, xalq niyə “Amerikaya ölüm olsun” şuarı səsləndirir. Bu cür davranırsız, bu sizin keçmişinizdir, bu sizin etdiklərinizdir, istəyirsiz xalq sizə nə desin?!.  Bəli,  xüsusi görüşlərdə  təbəssüm edirlər, əl görüşürlər, yağlı sözlər danışırlar, bu  diplomatik görüşlər üçündür və heç bir dəyəri yoxdur. Həqiqətən zəhmət çəkən və tər tökən müzakirəçilərin məqsədlərindən biri bu idi ki, xarici investisiya ilə iqtisadi problemlər həllini tapsın. İki gün öncə Amerikalı rəsmi dedi ki,elə  edəcəyik  ki, İranda investisiya yatırmağa kimsə cürət etməsin. Mənim dəfələrlə Amerikalılara  etimad etmək  olmaz deməyimin mənası bax  budur.” /
 
  
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru